...

Xocalıdan olan məcburi köçkünlərə qurban əti paylanılıb (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2013 12:41 (UTC +04:00)
Müqəddəs Qurban bayramı münasibəti ilə Pirşağı qəsəbəsinin "Qızılqum" sanatoriyasında Xocalıdan olan məcburi köçkünlərə “Xocalıya ədalət” kampaniyası və Türkiyənin Azərbaycandakı Dəyanət Müşavirliyinin birgə təşkilatçılığı ilə yüzdən çox ailəyə qurban əti paylanılıb.
Xocalıdan olan məcburi köçkünlərə qurban əti paylanılıb (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend, müxbir M.Əliyev/

Müqəddəs Qurban bayramı münasibəti ilə Pirşağı qəsəbəsinin "Qızılqum" sanatoriyasında Xocalıdan olan məcburi köçkünlərə "Xocalıya ədalət" kampaniyası və Türkiyənin Azərbaycandakı Dəyanət Müşavirliyinin birgə təşkilatçılığı ilə yüzdən çox ailəyə qurban əti paylanılıb.

Trend-in məlumatına görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Avrasiya Regional Mərkəzindən (İƏTGF ARM) bildirilib.

İƏTGF ARM ARM-nin ofisindən bildirilib: "Bu cür aksiyaların təşkilində əsas məqsəd imkansız ailələrə yardım və dəstək göstərilməsi kimi Azərbaycanda əvvəllər daima mövcud olmuş xeyriyyə ənənələrinin dirçəldilməsi, islam dininin insansevərlik missiyasını praktik ənənəyə çevirmək təşəbbüsü olub".

Eyni zamanda qeyd etmək lazımdır ki, artıq 3-cü ildir İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun təşəbbüsü ilə Ramazan ayı və Qurban bayramlarında bu tipli xeyriyyə aksiyalari təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti