...

"Toyota" havalandırma sistemindəki problem üzündən 885 min avtomobili geri çağırır

Cəmiyyət Materials 18 Oktyabr 2013 08:18 (UTC +04:00)
Yaponiyanın "Toyota" avtomobil konserni havalandırma sistemindəki problem səbəbindən bütün dünya üzrə 885 min avtomobili geri çağırır.
"Toyota" havalandırma sistemindəki problem üzündən 885 min avtomobili geri çağırır

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Yaponiyanın "Toyota" avtomobil konserni havalandırma sistemindəki problem səbəbindən bütün dünya üzrə 885 min avtomobili geri çağırır.

Trend-in "Frans Press" agentliyinə istinadən verdiyi məlumata görə, bu, 2012 və 2013-cü illərdə istehsal olunmuş Camry, Camry Hybrid, Avalon, Avalon Hybrid və Venza modellərinə, o cümlədən ABŞ-da 803 min, Yaxın Şərqdə isə 15 min ədəd avtomobilə aiddir.

Şirkətin bəyanatında qeyd olunur ki, havalandırma sisteminin kondensator örtüyündə rütubətdən yaranan su təhlükəsizlik yastıqlarına nəzarət moduluna düşə bilər ki, bu da qısa qapanmaya gətirib çıxarar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti