...

Atanın məhkum oğluna ayaqqabının içərisində telefon ötürmək cəhdi baş tutmadı (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 20 Oktyabr 2013 18:12 (UTC +04:00)
Penitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Atanın məhkum oğluna ayaqqabının içərisində telefon ötürmək cəhdi baş tutmadı (FOTO) (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 17:02-də yayılıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Penitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanada cəza çəkən 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4; 221.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mirzə Əliyevin yanına uzun müddətli görüşə gəlmiş atası - vətəndaş H.Əliyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman ayağında olan ayaqqabının içərisində gizlədilmiş, xüsusi üsulla düzəldilmiş yerdən 2 ədəd "Nokia" markalı mobil telefon aparatları, 1 ədəd "Sim", 1 ədəd "Cin" və 1 ədəd "Nar" danışıq kartları, mobil telefon aparatı üçün nəzərdə tutulmuş 2 ədəd qulaqcıq-blutuz aşkar edilərək götürülüb.

Bundan başqa, bu gün həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 317-2.2-ci maddələri ilə təqsirli bilinərək 9 il 7 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəqani Vidadi oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş vətəndaş Saleh Cahid oğlu Abdullayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman ayağında olan ayaqqabının içərisində gizlədilmiş, xüsusi üsulla düzəldilmiş yerdən 1 ədəd "Nokia C-5-00" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Bakı İstintaq təcridxanasına da qadağan olunmuş əşyaların keçirilməsinə cəhd edilib.

Oktyabrın 19-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxanasının təsərrüfat briqadasında saxlanılan 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4; 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Dmitriy Sergeyeviç Xaritonovun yanına qısamüddətli görüşə gəlmiş vətəndaş Rəna Hüseynovna Məmmədovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əl çantasının daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia-C3-00" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti