...

Bakıda güclü şimal küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək

Cəmiyyət Materials 23 Oktyabr 2013 12:45 (UTC +04:00)
Sabah Bakıda güclü şimal küləyi əsəcək, gündüz saatlarında havanın maksimal temperaturu 13 dərəcə olacaq.
Bakıda güclü şimal küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda güclü şimal küləyi əsəcək, gündüz saatlarında havanın maksimal temperaturu 13 dərəcə olacaq, bu da ötən günlə müqayisədə 10 dərəcə aşağıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 24-də arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar və qara keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 14-19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı ehtimalı var.

Qeyd edək ki, oktyabrın 25-i gündüzədək respublikanın rayonlarında qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti