...

Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimatı keçiriləcək

Cəmiyyət Materials 28 Oktyabr 2013 12:39 (UTC +04:00)
Noyabrın 5-də Bakıda Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimat mərasimi keçiriləcək.
Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir S.Ağayeva/

Noyabrın 5-də Bakıda Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimat mərasimi keçiriləcək.

Heydər Əliyev Mərkəzindən Trend-ə bildiriblər ki, təqdimat mərasimində Heydər Əliyev Mərkəzinin binasının layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid, eləcə də müxtəlif ölkələrdən bir sıra tanınmış arxitektorlar iştirak edəcəklər.

Qonaqlar müasir memarlığın incilərindən sayılan, son illərin dünya memarlıq layihələri sırasında ilk yerlərdən birini tutan Heydər Əliyev Mərkəzinin binası ilə yaxından tanış olacaqlar.

Tədbir layihənin memarlıq özəlliklərinin, eləcə də Heydər Əliyev Mərkəzinin binasının dünya memarlığındakı rolunun diqqətə çatdırılması baxımından əhəmiyyətli hadisə hesab olunur.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı ilə yaradılıb. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzinin binasının təməli 2007-ci il sentyabrın 10-da qoyulub. Tikinti işləri beş il davam edib və 2012-ci il mayın 10-da Heydər Əliyev Mərkəzinin binasının rəsmi açılış mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti