...

Azərbaycanda gəzinti havası davam edəcək

Cəmiyyət Materials 30 Oktyabr 2013 12:57 (UTC +04:00)
Sabah Azərbaycanda hava mülayim olacaq, Bakıda havanın temperaturu 23 dərəcəyə catacaq.
Azərbaycanda gəzinti havası davam edəcək

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda hava mülayim olacaq, Bakıda havanın temperaturu 23 dərəcəyə catacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 9-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 31-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti