...

Deputat İsmayıllıda tədbirdə iştirak etdi (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2013 13:02 (UTC +04:00)
Milli Məclisin deputatı Novruz Aslanov noyabrın 1-də "Kənd təsərrüfatı işçiləri günü" bayramı münasibətilə İsmayıllıda keçirilən tədbirdə iştirak edib.
Deputat İsmayıllıda tədbirdə iştirak etdi (FOTO)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Milli Məclisin deputatı Novruz Aslanov noyabrın 1-də "Kənd təsərrüfatı işçiləri günü" bayramı münasibətilə İsmayıllıda keçirilən tədbirdə iştirak edib.

Tədbirə İsmayıllı Rayon İcra Hakimiyyətinin baçısı Mirdaməd Sadıqov, yerli strukturların rəhbərləri, yerli ictimaiyyət və kənd təsərrüfatı işçiləri də qatılıblar.

Tədbirdən öncə millət vəkili rayonda istehsal olunan kənd təsərrüfatı məhsulları sərgisinə baxış keçirib. Sərgidə müxtəlif çeşidli məhsullar nümayiş etdirilib.

Rayon mərkəzində yerləşən "Qala" şadlıq sarayında keçirilən tədbirdə millət vəkili N.Aslanov çıxışında kənd təsərrüfatı işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bir neçə kənd təsərrüfatı işçisinə Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və mükafatlar verilib. Sonra tədbir geniş konsert proqramı ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti