...

İslam ölkələri Bakıda 5 yeni qətnamə imzaladılar

Cəmiyyət Materials 12 Noyabr 2013 11:49 (UTC +04:00)
İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin "İslam dünyasında uşaqlar və urbanizasiya problemləri" adlı IV konfransı çərçivəsində 5 qətnamə imzalanıb.
İslam ölkələri Bakıda 5 yeni qətnamə imzaladılar

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İsabalayeva/

İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin "İslam dünyasında uşaqlar və urbanizasiya problemləri" adlı IV konfransı çərçivəsində 5 qətnamə imzalanıb.

Trend-in məlumatına görə, qətnamələr 2014-2016-cı illəri əhatə edir.

Həmin sənədlərə əsasən, növbəti iki il ərzində islam ölkələrində uşaq hüquqlarının qorunması ilə bağlı olan problemlərin həlli üçün tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qətnamələr əsasında kənd və şəhərlərdə yaşayan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müvafiq razılıqlar əldə olunub. Sənədlərdə urbanizasiyanın uşaqlara təsirini azaltmaq üçün digər tədbirlərin də görülməsi öz əksini tapıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir dövrdə uşaq hüquqlarının müdafiəsinə diqqət yetirən bütün dövlətlər kənd və şəhərlər arasındakı fərqin aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərməlidirlər: "İSESCO-ya üzv dövlətlərin IV konfransının yekunları göstərdi ki, insanları birləşdirən amillər onları ayıran amillərdən çoxdur. Bu sahədə dövlətlərin təcrübələrindən faydalanmaq məqsədəuyğun olardı. Belə bir vəzifəni yerinə yetirməklə biz həm də dünyanın gələcəyinə və inkişafına öz töhfələrimizi veririk".

Qeyd edək ki, İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin "İslam dünyasında uşaqlar və urbanizasiya problemləri" adlı IV konfransı noyabrın 8-də öz işinə başlayıb. Konfrans bu gün yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti