...

Azərbaycan və İtaliya arasında ekologiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Cəmiyyət Materials 13 Noyabr 2013 18:34 (UTC +04:00)
Noyabrın 13-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Carlo Calendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və İtaliya arasında ekologiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Noyabrın 13-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Carlo Calendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, görüş zamanı ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə nümayəndə heyətinə məlumat verilib.

Eyni zamanda, yaşıllaşdırma layihələrinin həyata keçirilməsi, tullantı sularının idarə olunması, suvarma sistemlərinin və mobil sutəmizləyici qurğuların hissələrinin istehsalının Azərbaycanda təşkili imkanları, o cümlədən iki ölkə arasında gələcək əməkdaşlığın perspektivləri, hüquqi bazanın gücləndirilməsi kimi bir sıra məsələlər müzakirə olunub.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti