...

Paytaxt sürücülərinin qaydalara əməl etməməsinin fəsadları (VİDEO)

Cəmiyyət Materials 16 Noyabr 2013 12:14 (UTC +04:00)
Bakıda baş verən yol qəzalarında yük maşınlarının minik avtomobillərini "tapdalayaraq" keçmək istəyi, "cip" sürücülərinin özündənrazılığı, "VAZ" sürücülərinin isə "avtoş"luq həvəsi digərlərinin həyatına təhlükə yaradır.
Paytaxt sürücülərinin qaydalara əməl etməməsinin fəsadları (VİDEO)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda baş verən yol qəzalarında yük maşınlarının minik avtomobillərini "tapdalayaraq" keçmək istəyi, "cip" sürücülərinin özündənrazılığı, "VAZ" sürücülərinin isə "avtoş"luq həvəsi digərlərinin həyatına təhlükə yaradır.

Trend paytaxt yollarında baş verən bir sıra qəzaların videogörüntülərini təqdim edərək sürücüləri bir daha yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, 2013-cü ilin əvvəlindən bu günə qədər Bakı şəhəri üzrə baş vermiş 870 yol-nəqliyyat hadisəsi nəticəsində 282 nəfər həlak olub, 891 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzaların 51 faizi avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 46 faizi təyin olunmayan yerlərdən keçən piyadaların vurulması, 23 faizi yolayrıcıları keçmə qaydalarının pozulması, 19 faizi isə üfüqi nişanlanma, yəni qoşa xəttin tələbini pozmaqla əks istiqamətli yol zolağı ilə hərəkətin davam etdirilməsi səbəbindən baş verib.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti