...

İstirahət günləri Azərbaycanda baş verən yol qəzalarında 9 nəfər ölüb

Cəmiyyət Materials 18 Noyabr 2013 13:15 (UTC +04:00)
Ötən şənbə və bazar günləri Azərbaycanın yollarında baş verən qəzalarda 9 nəfər ölüb.
İstirahət günləri Azərbaycanda baş verən yol qəzalarında 9 nəfər ölüb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İzzət/

Ötən şənbə və bazar günləri Azərbaycanın yollarında baş verən qəzalarda 9 nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bazar günü- noyabrın 17-də isə avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin 10 ayı ərzində 2426 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 971 nəfər ölüb, 2558 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti