...

Salyan rayon Polis Şöbəsində nöqsanlar aşkar edilib

Cəmiyyət Materials 20 Noyabr 2013 10:02 (UTC +04:00)
Milli Preventiv Qrupunun (MPQ) üzvləri Biləsuvar və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərinə (MSY) başçəkmələr həyata keçiriblər.
Salyan rayon Polis Şöbəsində nöqsanlar aşkar edilib

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İzzət/

Milli Preventiv Qrupunun (MPQ) üzvləri Biləsuvar və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərinə (MSY) başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qrup üzvləri Daxili İşlər Nazirliyinin Biləsuvar və Salyan rayon polis şöbələrinin (RPŞ) müvəqqəti saxlanma yerlərinə planlı başçəkmələr həyata keçirib, burada saxlanılan şəxslərlə görüşüb, onlara hüquqlarını izah ediblər.

MSY-lərdə saxlanılan şəxslər rəftarla və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər. Eyni zamanda, Salyan rayon Polis Şöbəsinin MSY-də araşdırma zamanı bəzi nöqsanlar, o cümlədən sənədləşmə ilə bağlı çatışmazlıqlar aşkar olunub.

Ombudsman tərəfindən başçəkmələrin nəticələri və nöqsanların aradan qaldırılması ilə bağlı daxili işlər nazirinə müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti