M.V.Lomonosov adına MDU-nun Bakı filialında "Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

M.V.Lomonosov adına MDU-nun Bakı filialında "Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir S.Ağayeva/

Noyabrın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında "Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, MDU-nun Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və digər tanınmış alimlər, tarixçilər, şərqşünaslar, linqvistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Nərgiz Paşayeva oktyabrın 28-də Oksford Universitetinin Şərqşünaslıq Departamentinin dəvəti ilə həmin universitetə getdiyini deyib: "Bir ay əvvəl - sentyabr ayında Oksford Universitetindən 2 professor, şərqşünas alim ali təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olmaq məqsədilə Moskva Dövlət Universitetinin Bakı filialına gəlmişdi".

Rektorun sözlərinə görə, iki saat davam edən görüş zamanı məlum oldu ki, Oksford Universitetində Azərbaycan ədəbiyyatı, tarixi, dili haqqında heç bir fənn yoxdur. Bununla belə, universitetdə gürcü və erməni dilləri tədris olunur.

N.Paşayeva qeyd edib ki, müzakirələrdən sonra bəlli olub ki, 19-cu əsrdə erməni dili keçirilirdi, lakin 1965-ci ildən sonra müntəzəm olaraq bakalavr və magistr proqramları səviyyəsində erməni ədəbiyyatı, dili və tarixi öyrənilir: "Bu fənləri o vaxt keçmiş Sovet İttifaqından gələn müəllimlər tədris ediblər. Ancaq hazırda Oksford Universitetində işləyən avropalı alimlər bu proqramı tədris edirlər".

MDU-nun Bakı filialının rektoru britaniyalı alimlərlə müzakirələr zamanı təklif edib ki, Oksford Universitetinin nəzdində Elmi Mərkəz açılsın və bu Mərkəz gələcəkdə Oksford Universitetinin bir hissəsi kimi tanınsın, qəbul olunsun, gələcək nəsillər bundan istifadə edə bilsinlər.

Rektorun sözlərinə görə, Oksford Universitetinin nümayəndələri bu təklifi qəbul ediblər. N.Paşayeva Mərkəzin adının Nizami Gəncəvi olmasını təklif edib. Britaniyalı alimlər Oksford Universitetində Nizami Gəncəvinin fars şairi kimi tədris edildiyini vurğulayıblar:

"Mən isə onlara Nizaminin simasında qurucu, birləşdirici bir şəxsiyyət gördüyümü bildirdim. Mən Nizaminin simasında millətləri ayıran, etnik fikirləri bir-birinə qarşı qoyan bir sima görmürəm. Nizaminin simasında fərqli fikirləri və yanaşmaları bir araya gətirən bir sima görürəm. Əgər siz razı olsanız, biz bu Elmi Mərkəzi Nizami Gəncəvinin şərəfinə adlandıracaq və işimizi bu prinsiplə, bu siyasətlə, bu yanaşma ilə aparacağıq. Mənə təklif etdilər ki, Mərkəzə Füzulinin adını verək. Mən dedim ki, əlbəttə, Füzuli dahi şairdir, yüksək müstəvidə bir mərkəzin adına layiq böyük simadır. Lakin mən çox xahiş edirəm ki, Mərkəzin adını dəyişməyək, Nizaminin adına olsun".

Rektor əsas məqsədin Oksford Universiteti kimi tanınmış elmi ocaqda Azərbaycan tarixini, dilini, ədəbiyyatını təbliğ edən Mərkəzin yaradılması olduğunu qonaqların diqqətinə çatdırıb: "Yəni əsas məqsəd Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu sübut etmək deyil. Onsuz da Nizaminin əsərləri, fəlsəfəsi, kəlamları, həyatı buna sübutdur".

Onun sözlərinə görə, belə bir Mərkəzin yaradılmasında əsas məqsəd Sovet dövründə beynəlxalq aləmdə özünü sübut etməyən Azərbaycanın elm və ictimai xadimlərini tanıtmaqdır: "Bunun da obyektiv səbəbləri o idi ki, Sovet dönəmində heç bir ictimai elm sistemi senzuradan azad şəkildə fəaliyyət göstərə bilməzdi. Ümumiyyətlə, tarix, şərqşünaslıq, ədəbiyyatşünaslıq kimi elmlər həmişə təzyiq altında idi".

N.Paşayeva qeyd edib ki, Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının gözəl əsərləri var: "Bu əsərlər Oksford Universitetində tədris edilən kitablardan - almanların, ingilislərin, fransızların yazdıqları kitablardan da elmi dərəcəsinə və elmi nüfuzuna görə əksik deyil. Danışıqlar zamanı məlum oldu ki, universitet əməkdaşlarının bu barədə məlumatı yoxdur. Ona görə də bizim borcumuzdur ki, bunları bir daha həm özümüzə, həm də belə bir müstəvidə Oksford Universitetinin alimlərinə tanıdaq. Onlar bundan sonra irəli sürülən təşəbbüsün gözəl olduğunu bildirdilər".

N.Paşayeva bildirib ki, Azərbaycanın elm adamlarının ingilis, fransız, alman dillərində çap olunan və elmi aləmə məlum olan kitabları yox dərəcəsindədir. Bu Elmi Mərkəz açılandan sonra əlbəttə ki, bu elmi problemlərin həllinə aramla, sistemli şəkildə başlanılacaq.

Onun sözlərinə görə, artıq Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması haqqında memorandum imzalanıb və hazırda bu istiqamətdə iş davam etdirilir: "Mənim yəqin ki, bir-iki aydan sonra ora səfərim olacaq və səfər zamanı lazım olan sənədlər hazırlanacaq, toplanacaq, həmin sənədlər əsasında iş gedəcək. Amma son məqam odur ki, bu Elmi Mərkəz fəaliyyətə başlasın".

N.Paşayeva bildirib ki, Nizamişünaslıq hazırda həllini gözləyən bir elm sahəsidir: "Mən çox istərdim ki, bizim həyatdan köçən çox gözəl alimlərimizin xatirinə bu layihə doğrudan da həyata keçsin. Bu, bizim vaxtilə ədəbiyyatşünaslığımıza töhfə verən alimlərin aqibəti kimi olmamalıdır. Nizami haqqında ən gözəl kitablardan biri Məmməd Əmin Rəsulzadənin yazdığı "Böyük Azərbaycan şairi Nizami"dir. Nizami Gəncəvi haqqında kitablar çoxdur, amma ən gözəl kitablardan biri budur. Heç bir kitab ingilis və ya fransız dillərinə tərcümə olunmayıb. Bizim mənəvi haqqımız yoxdur ki, alimlərimizi unudaq".

Baş nazirin müavini Elçin Əfəndiyevin fikrincə, Oksford Universitetində belə bir Mərkəzin yaradılması müstəqil Azərbaycan üçün əlamətdar hadisədir: "Belə qədim və tanınmış universitetdə Elmi Mərkəzin açılması dünya ictimaiyyətini Azərbaycanın zəngin tarixi və ədəbiyyatı haqqında məlumatlandırmaq baxımından əla imkan yaradacaq".

E.Əfəndiyev bildirib ki, Mərkəzin dahi Nizaminin şərəfinə adlandırılması isə bizim üçün xüsusi əhəmiyyət kəsb edir: "Nərgiz xanımın hansı çətinliklərlə Mərkəzə Nizaminin adının verilməsinə nail olması, Nizaminin Azərbaycan şairi olmasını elmi baxımdan sübut etməsi mənə məlumdur".

O, professor N.Paşayevanın fəaliyyətini yüksək qiymətləndirib və bütün elmi ictimaiyyəti bu istiqamətdə səy göstərməyə çağırıb.

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Tofiq Hacıyev bildirib ki, Oksford Universitetinin nəzdindəki Elmi Mərkəzə Nizami Gəncəvinin adının verilməsi Oksfordun Nizamini Azərbaycan şairi kimi tanımasına dəlalət edir: "Hesab edirəm ki, Azərbaycanın qabaqcıl alimləri bu tribunadan istifadə edərək və bütün dünyada zəngin Azərbaycan ədəbiyyatını təbliğ edərək, Nizaminin yaradıcılığı haqqında sanballı elmi işlər yazmalıdırlar".

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Mərkəzin yaradılmasını dünyada Azərbaycanın və Azərbaycan ədəbiyyatının tanıdılması baxımından yüksək qiymətləndirib. O, həmçinin bütün alimləri Mərkəzin daha səmərəli fəaliyyət göstərməsi üçün səy göstərməyə çağırıb.

AMEA-nın Şərqşünaslıq İnstitutunun qabaqcıl elmi əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi qeyd edib ki, Mərkəzlə işləmək üçün peşəkar kadrları cəlb etmək, Azərbaycan alimlərinin işlərinin ingilis dilində dərc edilməsi üçün zəruri şərait yaratmaq lazımdır.

Qeyd edək ki, Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi məqsədi Azərbaycan və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis ediləcək ilk elmi tədqiqat ocağıdır.

Müasir Azərbaycanın coğrafi ərazisi minilliklər ərzində bir çox qədim sivilizasiya və mədəniyyətlərin, о cümlədən, Hetlərin, Əhəmənilərin, Selevkilərin, Sasanilərin, habelə xristianlığın, yəhudiliyin və İslamın kəsişdiyi yer olub. Mərkəzin məqsədi bu mədəniyyət və dinlərin Azərbaycanın maraqları baxımından öyrənilməsinin təşviq edilməsidir.

Bu məqsədlə Mərkəz Oksford Universiteti nəzdində müxtəlif təqaüd proqramları, ictimai tədbirlər, elmi-praktik konfranslar, "dəyirmi masa"lar, akademik mübadilə, tədqiqatların aparılması, о cümlədən, müxtəlif tədris və mədəni layihələr həyata keçirməyi nəzərdə tutur.

Mərkəzin fəaliyyəti çərçivəsində tələbələrə, elmi tədqiqatçılara, jurnalistlərə, mədəniyyət və incəsənət xadimlərinə və digər sosial qruplara Azərbaycanla bağlı Oksford Universitetində tədqiqatların aparılması üçün birdəfəlik kiçik qrantlann ayrılması nəzərdə tutulur.

Mərkəzin mütəmadi həyata keçirdiyi funksiyalardan biri də Azərbaycan və onunla əlaqədar elmi məlumatların toplanaraq kitabxana fondu və resurslarının formalaşdırılmasıdır.

Həmçinin, Mərkəz Oksford Universitetində keçiriləcək tədbirlərin, tədqiqatların və Azərbaycanla bağlı digər fəaliyyət növlərinin təqvimini tərtib edəcək. Mərkəz Böyük Britaniya və Azərbaycan, habelə dünya üzrə elmi ictimaiyyəti yeni resurslar, tapıntılar və yeni imkanlarla bağlı elektron poçt ünvanları vasitəsilə ətraflı məlumatlandıracaq.

"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Loading Bars
Xəbər lenti
ABŞ KXDR-ə qarşı yeni strategiya hazırlayacaq
ÜST: Dünyada ötən sutka koronavirusa 624 mindən çox yoluxma qeydə alınıb
FK "Barselona" keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək
ABŞ-da iqtisadiyyatı stimullaşdırmaq üçün təcili tədbirlər görülməlidir
Azad Rəhimovun komaya düşməsilə bağlı xəbərlər həqiqəti əks etdirmir
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Ombudsmanın 2 saylı istintaq təcridxanasına başçəkmə həyata keçirib
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanıldı
Məzarlarda qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar - Trend TV Zəngilanda (FOTO)
Abşeronda ikimərtəbəli evdə yanğın olub
Baş Prokurorluq Masallıda əməliyyat keçirdi, baş həkim saxlanıldı
Azərbaycana elektrik və hibrid avtomobillərin gətirilməsi necə stimullaşdırıla bilər?
Qorxu sindromuna tutulan Ermənistan: Böhran, xaos, başlıbaşınalıq... - TƏHLİL
Azərbaycan dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edir
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib (FOTO)
Maliyyə Nazirliyi cəbhə bölgəsində olan hərbçilərin maaşlarının azalması iddiası ilə bağlı AÇIQLAMA yayıb
“ADA” Universiteti işğaldan azad olunmuş ərazilərə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
Azərbaycanda 632 nəfər COVID-19-dan sağalıb, 280 nəfər yoluxub, 11 nəfər vəfat edib
Yeniyetmələrdən ibarət seçmə komandaya yeni məşqçi təyinatları olub
Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib (FOTO/VİDEO)
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb
Dövlət Neft Fondunun 2020-ci il üzrə gəlir və xərcləri açıqlandı
Tibb işçilərindən sonra 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanacaq - Ramin Bayramlı
Ovçular nəyə diqqət etməlidir? - Xidmət rəisindən ovçulara XƏBƏRDARLIQ (VİDEO)
Nazir "Ali təhsil haqqında" qanun layihəsinin əsas məqsədlərini açıqlayb
AMEA-da kadr dəyişikliyi olub
"Ali təhsil haqqında" qanunun ilkin variantı hazırlanacaq - Komitə sədri
Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
Rəssam Aida Mahmudovanın ABŞ-da açılan ikinci fərdi sərgisi böyük maraqla qarşılanıb
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layhəsi ilə bağlı geniş videokonfrans keçirilib (FOTO)
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Dərslər yenidən başlayır: Bağçalar və repetitorluq necə olacaq? - Qısa İZAH
Qlobal vaksin istehsalının 60 faizi Hindistanın payına düşür - Səfir
Texniki Universitetə yeni prorektor təyin olunub (FOTO)
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi (FOTO)
Şuşa və digər azad olunmuş ərazilərdə xidmət edən hərbçilərdə ruh yüksəkliyi var - Hərbi ekspert
Qarabağın dirçəlişinə dəstək həyat tərzinə çevrilməlidir - Mikayıl Cabbarov
BMqT işğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası layihəsini təklif edib (FOTO)
İşğal altında uzun müddət saxlanılmış torpaqların dirçəldilməsi dövrü başlayır - Fransadakı səfirimiz
Kipr martın 1-dən sərhədləri açır
Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, qazi Ruhin Əkbərli (VİDEO)
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi (FOTO/VİDEO)
500 manatlıq pul nişanı tədavülə buraxılmayıb - Mərkəzi Bank
Yerevanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlər
Göyçayda 367 nəfər koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
"Azərişıq"da gücləndirilmiş iş rejimi davam etdirilir (VİDEO)
"Ramiz Hacıyev" kran gəmisi əsaslı təmir olunub
“Dostluq” neft yatağı eyni soy kökə malik ölkələrin birgə əməkdaşlığının və dialoqunun simvoludur - Tamam Cəfərova
Son bir ayda ehtiyacı olan qazilərə 600-dən çox reabilitasiya vasitəsi verilib
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Ağdamda işğaldan azad olunan 1 611 hektar ərazidə buğda əkilib (ÖZƏL)
Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib
ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir (FOTO)
Zidan koronavirusa yoluxub
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?
ÜST “ASAN Könüllüləri” ilə birlikdə maska paylanma aksiyasına başlayıb (FOTO)
Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektli olub-olmaması açıqlanıb
Britaniya azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər - Səfir
Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək (MÜSAHİBƏ) (VİDEO)
Gömrükdən dövlət büdcəsinə köçürülən vəsaitin həcmi açıqlandı
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinin qətnaməsinə cavab
“Azərbaycan müəllimi" qəzetinin bugünkü buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub (II hissə)
Azərbaycan gimnastları İsveçrədə Avropa çempionatında iştirak edəcək
Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır
Ukraynada matəm elan edilib
Narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı cinayət işlərinin sayı açıqlandı
"8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi
İşğaldan azad edilmiş ərazilər üçün məqsədli, aktiv məşğulluq proqramları hazırlanır
Samuxda 39.5 kilometrlik yol yenidən qurulub (FOTO)
Binədə 6 evdən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın növbəti tarixi uğuru
İranda koronavirusdan daha 75 nəfər ölüb
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
27 dövlət əmlakı hərraca çıxarılacaq
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb
Bu yolda hərəkət qismən məhdudlaşdırılır
20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində təhlil edilib
UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub (FOTO)
Narazı şagirdlər yenidən qiymətləndirmədən keçə bilərlər - Şöbə müdiri
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Gömrükçülər yük avtomobilindən 38 ədəd “Iphone 12” müsadirə edib (VİDEO)
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
Fənn olimpiadaları fevralın sonu ənənəvi qaydada keçirilə bilər
Füzuli rayonunun Qarğabazar kəndi (FOTO/VİDEO)
Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab
Fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur - RƏSMİ
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Sabah hava yağmursuz keçəcək
Bütün xəbərlər