...

Azərbaycanda əlverişsiz hava şəraiti beynəlxalq avtobus reyslərinin həyata keçirilməsinə qismən təsir edib

Cəmiyyət Materials 12 Dekabr 2013 17:26 (UTC +04:00)
Havanın pisləşməsi beynəlxalq avtobus reyslərinin həyata keçirilməsinə qismən təsir edib.
Azərbaycanda əlverişsiz hava şəraiti beynəlxalq avtobus reyslərinin həyata keçirilməsinə qismən təsir edib

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir E.İsmayılov/

Havanın pisləşməsi beynəlxalq avtobus reyslərinin həyata keçirilməsinə qismən təsir edib. Bunu cümə axşamı Trend-ə Bakı Beynəlxalq Avtovağzalından deyiblər.

Azmüddətli gecikmə ilə olsa da, reyslərin bir çoxu həyata keçirilir.

Avtovağzaldan bildiriblər ki, hava şəraiti ilə əlaqədar yalnız bəzi reyslərin həyata keçirilməsində problemlər yaranıb: "Ümumilikdə isə vəziyyət normaldır və avtobuslar beynəlxalq reyslər üzrə işini davam etdirir".

Daha əvvəl isə Ağsu, Quba və Qusar rayonlarına reyslərin həyata keçirilməsində cüzi problemlər müşahidə edilmişdi. Lakin hazırda vəziyyət normaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti