...

Bakıya məcburi eniş edən Sinqapura məxsus sərnişin təyyarəsinin uçuşu günortadan sonra həyata keçiriləcək

Cəmiyyət Materials 6 Yanvar 2014 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir E.İsmayılov/

"Singapore Airlines" aviaşirkətinin "Airbus-380" sərnişin təyyarəsi Bakı şəhərinin hava limanında məcburi eniş edib.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə bildiriblər ki, məcburi eniş yerli vaxtla saat 00:55 həyata keçirilib və təyyarə kabinəsinin hermetizasiyasının açılması ilə bağlı olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, sərnişinlər hazırda Bakıdadır və eniş edən təyyarənin Bakı vaxtı ilə 16:20-də uçacağı gözlənilir. Uçuş üçün Sinqapurdan digər təyyarə göndərilib.

Qeyd edək ki, London-Sinqapur aviareysini yerinə yetirən təyyarənin göyərtəsində 467 sərnişin və 27 heyət üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti