...

Bakıda avtobus sürücülərinin iştirakı ilə baş verən "yol terroru": 34 ölü, 78 yaralı

Cəmiyyət Materials 14 Yanvar 2014 13:09 (UTC +04:00)
2013-cü ildə Bakı şəhəri üzrə avtobus sürücülərinin iştirakı ilə 68 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 34 nəfər ölüb, 78 nəfər xəsarət alıb.
Bakıda avtobus sürücülərinin iştirakı ilə baş verən "yol terroru": 34 ölü, 78 yaralı

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

2013-cü ildə Bakı şəhəri üzrə avtobus sürücülərinin iştirakı ilə 68 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 34 nəfər ölüb, 78 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, fiziki şəxslərə məxsus avtobusların iştirakı ilə baş verən qəzalarda 8 nəfər ölüb, 16 nəfərin xəsarət alıb, hüquqi şəxslərə məxsus avtobusların iştirakı ilə baş verən qəzalarda isə 26 nəfər ölüb, 62 nəfər xəsarət alıb. 2012-ci illə müqayisədə avtobus sürücülərinin iştirakı ilə baş verən qəza 2 hadisə, 41 xəsarət, 4 ölüm faktı azalıb.

V.Əsədov yük avtomobillərinin iştirakı ilə baş verən yol hadisələrinin statistikasını da açıqlayıb. Belə ki, ötən il yük avtomobillərinin iştirakı ilə 77 yol qəzası baş verib. Bu zaman 24 nəfər ölüb, 71 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti