...

Nəqliyyat Nazirliyi Bakı sürücülərinə xəbərdarlıq etdi

Cəmiyyət Materials 16 Yanvar 2014 11:38 (UTC +04:00)
"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti (ASC) sürücülərə xəbərdarlıq edib.
Nəqliyyat Nazirliyi Bakı sürücülərinə xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti (ASC) sürücülərə xəbərdarlıq edib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Ziya Bünyadov prospektinin yenidən qurulması ilə bağlı Əliyar Əliyev küçəsindən Böyük Şor qəsəbəsinə qədər olan hissədə yolun sağ və sol hissələrində nəqliyyat vasitələrinin saxlanması təmir işlərinin aparılmasına maneə törədir: "Ona görə də sürücülərə bu ərazilərdə avtomobillərini saxlamamağı tövsiyə edirik. Çünki qazıntı işləri aparıldığından sonradan avtomobilin həmin ərazidən çıxarılmasında problem yarana bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti