...

Kiyevdə kütləvi iğtişaşlar zamanı həkimə müraciət edənlərin sayı 100-ü keçib

Cəmiyyət Materials 20 Yanvar 2014 23:23 (UTC +04:00)
Xəsarət alanlar arasında hüquq mühafizə orqanlarının əməkdaşları yoxdur.
Kiyevdə kütləvi iğtişaşlar zamanı həkimə müraciət edənlərin sayı 100-ü keçib

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Kiyevin mərkəzində kütləvi iğtişaşlar zamanı 100-dən çox şəxs tibbi yardım məqsədilə müraciət edib, onlarda 44-ü xəstəxanalara yerləşdirilib. Xəsarət alanlar arasında hüquq mühafizə orqanlarının əməkdaşları yoxdur. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Paytaxt administrasiyasının mətbuat xidmətinin açıqlamasında deyilir: "Yanvarın 19-u saat 16:00-dan yanvarın 20-si saat 12:00-dək 104 nəfər təcili tibbi yardımın həkimlərinə müraciət edib, onlardan 44-ü xəstəxanalara yerləşdirilib".

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, kütləvi iğtişaşlarda iştiraka görə 31 nəfər polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti