...

Qobustan həbsxanasına başçəkmənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 22 Yanvar 2014 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın ünvanına daxil olmuş müraciətin yerində araşdırılması məqsədilə ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasına başçəkmə həyata keçiriblər. Bu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında və karantin otağında araşdırma aparılarkən, orada saxlanılan şəxslərlə təklikdə konfidensial qaydada söhbət zamanı onlar saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyiblər.

Eyni zamanda, müvəkkilin ünvanına daxil olmuş müraciətin yerində araşdırılması məqsədilə məhkum S.Z. kamerasında qəbul edilib. Araşdırma aparılarkən müəyyən olunub ki, MPQ üzvlərinin həbsxanaya əvvəlki başçəkməsi zamanı bu kameranın şəraitinin yaxşılaşdırılması ilə bağlı müəssisə rəhbərliyinə verilmiş tövsiyələr müsbət həll edilib.

Bundan əlavə, S.Z.-nin qaldırdığı məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumuna müraciət olunub.

Başçəkmənin sonunda həbsxana rəhbərliyinə və müəssisənin tibb hissəsinin rəisinə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti