...

Azərbaycan sinoptiklərindən hava şəraitinin kəskinləşəcəyi barədə xəbərdarlıq: şaxta, qar və çovğun olacaq (ƏLAVƏ OLUNUB 2)

Cəmiyyət Materials 29 Yanvar 2014 13:24 (UTC +04:00)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 12:00-da yayılıb)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Yanvar ayının 30-dan başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində gün-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat veriblər.

Məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 01-02-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gecə və gündüz 0-2 dərəcə isti, axşam 3 dərəcəyədək şaxta olacağı gözlənilir.

Kəskin hava şərtaiti fevralın 2-dək davam edəcək, ancaq bu dövrdə ən kəskin hava şəraiti (güclü külək və intensiv qarın yağması) yanvarın 30-u axşam, yanvarın 31-ə keçən gecə və səhər saatlarında olacaq. Fevralın 1-2-də külək bir qədər zəifləyəcək, yağıntıların intensivliyi də azalacaq. Ancaq buna baxmayaraq, fevralın 1-2-də şaxtalar daha çox olacaq.

Azərbaycanın rayonlarında yanvarın 30-da arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti