Əli Hüseynli: Qanunvericiliyə edilən əlavə və dəyişikliklər QHT-lərin fəaliyyətinə müsbət təsir edəcək

Əli Hüseynli: Qanunvericiliyə edilən əlavə və dəyişikliklər QHT-lərin fəaliyyətinə müsbət təsir edəcək

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

"Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında", "QHT-lər haqqında" qanunlara və qeyri-hökumət təşkilatları ilə əlaqədar digər qanunlara edilmiş əlavələr və dəyişikliklərlə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin Trend-ə müsahibəsi

- Əli müəllim, Milli Məclisin keçən ilin payız sessiyasında QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilmiş əlavə və dəyişikliklər vətəndaş cəmiyyətinin nümayəndələri arasında müəyyən narahatlığa səbəb olub. Bunu nə ilə izah etmək olar?

- Bu qanun layihəsi bizim komitəmizin təşəbbüsü ilə hazırlanıb və açığı, qanunun qəbulundan sonrakı bu narahatlıq təəccüb doğurur. Çünki qanunlara edilmiş dəyişikliklər bütövlükdə vətəndaş cəmiyyətinin fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi daşıyır və əsas etibarilə xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətinin tənzimlənməsinə yönəlib. Bu münasibətlər qanunvericilikdə kifayət qədər tənzim olunmamışdı, çoxlu boşluqlar var idi.

- Bəzi QHT-lər bildirirlər ki, parlament maraqlı tərəflərin, o cümlədən QHT-lərin iştirakı ilə ictimai müzakirələr təşkil etməyib. Bu doğrudurmu?

- Qanunların ictimai müzakirələr vasitəsilə hüquqi təbliğində biz özümüz də maraqlıyıq və mütəmadi olaraq ya parlamentdə, ya da parlamentdən kənar belə müzakirələri təşkil edirik. Amma razılaşın ki, ictimai müzakirələr daha çox fundamental əhəmiyyət kəsb edən sənədlərlə bağlı olmalıdır. Bununla yanaşı, qeyd etməliyəm ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvlərindən biri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdir. Biz bir sıra məsələləri müzakirə etmişik, təklif və iradları qəbul etmişik və layihənin son variantında onları nəzərə almışıq. Parlament müzakirələri zamanı da biz hər hansı ciddi tənqidlərlə üzləşməmişik. Bununla yanaşı, biz mövqeyimizi bir daha çatdırmaqdan ötrü istənilən diskussiyaya hazırıq və bu məqsədlə qeyd etdiyim Şuranın təşkilatçılığı ilə yanvar ayının 31-də opponentlərimizlə fikir mübadiləsi aparmağı planlaşdırırıq.

- Yeri gəlmişkən, QHT-ləri narahat edən məsələlərdən biri parlamentin qəbul etdiyi bu qanunlarda nəzərdə tutulan cərimə sanksiyalarıdır...

- Əgər müşahidə etmişsinizsə, son illər İnzibati Xətalar Məcəlləsinin bir çox maddələrində nəzərdə tutulan cərimə sanksiyalarına yenidən baxılıb. Sanksiyaların yüksək olması onların daha da təsirli olmasına yönəlib və qanunlara riayət olunmasının təmin edilməsinə xidmət edir. Hesab edirəm ki, qanuna riayət edərək fəaliyyət göstərən QHT-lərin bununla bağlı narahatçılığı üçün heç bir səbəb yoxdur.

- Qanunvericiliyə edilmiş digər dəyişikliklərin mahiyyəti nədən ibarətdir?

- Bir çox dəyişikliklər dəqiqləşdirici xarakter daşıyır, onlar edildiyi normativ aktlarda daxili ziddiyyətlərin, habelə digər normativ aktlarla ziddiyyətlərin aradan qaldırılmasına yönəlib.

Eyni zamanda, korrupsiyaya, çirkli pulların yuyulmasına qarşı və terrorçuluğu maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək məqsədi ilə qanunvericilikdə bəzi dəyişikliklər edilib. Məhz bu məqsədlə maliyyə monitorinqi iştirakçılarının siyahısına xarici QHT-lərin filial və nümayəndəlikləri də daxil ediliblər.

Bununla yanaşı, qanunvericiliyə məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin yaradılmasını və fəaliyyətini qadağan edən norma əlavə edilib. Belə bir məhdudiyyət bizim Konstitusiyamızda və Avropa İnsan Haqları Konvensiyasında mövcuddur. Hesab edirəm ki, bu məhdudiyyəti göstərməklə biz, əslində, qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha geniş tənzimləmiş oluruq. Təbii ki, burada qeyd olunmayan digər hallarda onların fəaliyyəti azaddır.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, "Qeyri-hökumət təşkilatları haqqında" Qanuna edilmiş dəyişikliklər bu təşkilatların öz üzvləri arasında olan münasibətlərini də tənzimləyir. Təəssüf ki, bir sıra hallarda qeyri-hökumət təşkilatının üzvləri və rəhbəri arasında məhkəmə mübahisələri, əmlakla bağlı iddialar yaranır. Bax, təklif etdiyimiz əlavələr və dəyişikliklər bu münasibətləri tənzimləyir. Hesab edirəm ki, bütün bunlar qeyri-hökumət təşkilatlarının özləri üçün də faydalı, əhəmiyyətli olacaq.

Burada qəbul etdiyimiz vacib dəyişikliklərdən biri də "Qeyri-hökumət təşkilatının fəaliyyətinə nəzarət" adlı yeni maddədir. Yeni redaksiyasında belə bir fikri vurğulamışıq ki, qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri öz fəaliyyətlərinin şəffaflığını təmin etməlidirlər. Əlbəttə, biz zaman-zaman həm milli, həm də xarici qeyri-hökumət təşkilatlarının dövlət orqanlarının fəaliyyətinin daha şəffaf həyata keçirilməsi ilə bağlı iradlarını və təkliflərini eşidirik. Amma vətəndaş cəmiyyəti özü də öz fəaliyyətinin şəffaflığını təmin etməlidir. Təbii ki, belə bir şəffaflıq ona inamı artırmış olar.

- Onda belə söyləmək olarmı ki, QHT-lərin fəaliyyəti üçün hər hansı bir narahatlıq yoxdur?

- Tam məsuliyyətlə bildirirəm ki, qanunvericiliyə etdiyimiz bu əlavələr və dəyişikliklər, əksinə, həm xarici QHT-lərin filial və nümayəndəliklərinin, həm də yerli QHT-lərin fəaliyyətinə müsbət mənada təsir edəcək. Vətəndaş cəmiyyəti və qeydiyyat orqanları, vətəndaş cəmiyyətinin öz üzvləri arasında münasibətlər daha şəffaf, dəqiq şəkildə tənzimlənəcək.

Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Loading Bars
Xəbər lenti
Oktyabrın 26-da xarici valyutaların manata qarşı məzənnələri
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub
Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün master-klass idi - Deputat
Hikmət Hacıyev: Ermənistanın baş naziri yenidən yalan danışır
Düşmən Tərtər rayonunu atəşə tutub
Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir
Fransada koronavirusa yoluxanların sayı 1 138 mini ötüb
İspaniyada yenidən fövqəladə vəziyyət elan edilib
İsveç Krallığında Gəncədəki terror aktları pislənilib (FOTO)
Futbol üzrə dünya çempionu Ronaldinyo koronavirusa yoluxub
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
İngiltərə Premyer Liqası: "Lester" "Arsenal"ı məğlub etdi
Pakistanda baş verən partlayış nəticəsində 7 nəfər ölüb
ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən Cenevrədə görüşəcəklər
Ermənistan PKK terrorçularına Azərbaycan hərbi formasını geyindirir
Şəkidə ev yanıb
Prezident İlham Əliyev: Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub
Ombudsman Ermənistan ordusunun hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib
Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
Düşmənin döyüş texnikası və sursatları məhv edilib (VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!
Vətəndaş məktubları: Cənab Prezident, bu qələbələri xalqımıza Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır
Göygöldə zəlzələ qeydə alınıb
Azərbaycan Prezidenti: Bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, vaxt itirməyək
Prezident İlham Əliyev: Azərbaycanın qarşısında heç kim dura bilməz
Azərbaycan Prezidenti: Biz təkbaşına vuruşuruq, təkbaşına!
Prezident İlham Əliyev: Ermənistana havadarlıq edən ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir
Azərbaycan Prezidenti: Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir
Prezident İlham Əliyev: Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır
Azərbaycan Prezidenti: Biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil
Prezident İlham Əliyev: Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir
Azərbaycan Prezidenti: Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir
Hikmət Hacıyev şəhidimiz Dmitri Solnsev barədə yazdı
Prezident İlham Əliyev: Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib
Vladimir Yevseyevin “İsgəndər” raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə təhrikdir - Deputat
Prezident “Fox News”a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib (FOTO) (YENİLƏNİB)
Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi
İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib
ADA Universitetindən yeni təşəbbüs: “ADA Tarix Yazır”
Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - MN (VİDEO)
Düşmən havadan və qurudan darmadağın edilir - Anar Eyvazov
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri (VİDEO)
"Yolumuz Şuşayadır!" (VİDEO)
Dağlıq Qarabağda erməni terrorçusu məhv edilib
Prezident İlham Əliyev BMT TŞ-da keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb
Aydın Səfixanlı: Rusiya vətəndaşının da öldürülməsi Ermənistanın faşizmə xidmət edən dövlət olduğunu bir daha sübut edir
Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv edib
Düşmənin atəş nöqtələri məhv edilib - MN (VİDEO)
Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır - Deputat
Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur - Ərdoğan
Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib (FOTO)
Azərbaycanda 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib
Ermənistanın Gəncəyə raket hücumu barədə video hazırlanıb (VİDEO)
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Hər iki cəbhədə qalib gələcəyik!
Gürcüstanda daha 1928 nəfər koronavirusa yoluxub
Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib
Bakıda 554 küçə dezinfeksiya edildi (FOTO)
Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır (FOTO/VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Azərbaycan QHT-ləri Ermənistanda uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır - Hikmət Hacıyev
Gəncədə kilsədə 13 yaşlı Arturun anım mərasimi keçirilir (FOTO)
ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir
Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur - MN
Vankuverdə yaşayan azərbaycanlılar Gəncədəki terror aktlarına etiraz etdi (FOTO)
Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR
Ermənistanda koronavirusa daha 2 314 nəfər yoluxub, 23 nəfər ölüb
İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik
Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb
Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - MN (VİDEO)
Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşür (VİDEO)
Sabah 26 dərəcəyədək isti olacaq
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir (FOTO)
13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat
Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib (VİDEO)
Prezident İlham Əliyev: Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir
Prezident İlham Əliyev: Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır
Prezident İlham Əliyev: Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur
Prezident İlham Əliyev: Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur, biz, sadəcə, cavab verdik
Prezident İlham Əliyev: Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq
Prezident İlham Əliyev: Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir
Kaliforniyada Gəncə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Şuşada kilsədə baş verənlər ya səhv olub, ya da bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib
Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev
Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq
Prezident İlham Əliyev: Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib
Azərbaycan Prezidenti: İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu
Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO)
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub
Bütün xəbərlər