...

Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə gedəcək

Cəmiyyət Materials 1 Fevral 2014 10:56 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə din xadimlərindən ibarət nümayəndə heyəti fevralın 3-də Türkiyəyə səfərə yola düşür. Bu barədə Trend-ə İdarənin mətbuat xidmətindən məlumat verilib.
Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə gedəcək

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir S.Əhmədova/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə din xadimlərindən ibarət nümayəndə heyəti fevralın 3-də Türkiyəyə səfərə yola düşür. Bu barədə Trend-ə İdarənin mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd Mərmərə Qrupu Vəqfinin təşkilatçılığı ilə 4-6 fevral tarixində baş tutacaq 17-ci Avrasiya İqtisadi Zirvəsində iştirakdır.

Vəqfin rəhbəri Akkan Suverin dəvəti əsasında həyata keçirilən səfərdə QMİ sədri ilə bərabər Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri - Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete iştirak edəcəklər.

Bir sıra tanınmış dövlət, ictimaiyyət və din xadimlərinin iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirdə regional və qlobal dialoqun sülh və barış prosesində əhəmiyyəti mövzusunda keçiriləcək iclasda A.Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri məruzə ilə çıxış edəcəklər. QMİ sədri öz çıxışında Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dini-mənəvi dəyərlərə göstərilən diqqət və qayğı, habelə mövcud dini tolerantlıq mühiti barədə fikirlərini Zirvə iştirakçılarının diqqətinə çatdıracaq.

Səfər müddətində QMİ sədri və onu müşayiət edən din xadimlərinin Rum Ortodoks patriarxı Varfolomey tərəfindən qəbul edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti