...

DİN və Ekologiya Nazirliyi birgə reydlər keçiriblər

Cəmiyyət Materials 13 Fevral 2014 13:14 (UTC +04:00)
Bu ilin ötən dövründə qanunsuz ov edilməsi, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun, habelə, Daxili İşlər Nazirliyinin müvafiq göstərişinin tələblərinə əməl olunması, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə Nazirliyin Baş İctimai Təlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində bir neçə reydlər keçirilib.
DİN və Ekologiya Nazirliyi birgə reydlər keçiriblər

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

Bu ilin ötən dövründə qanunsuz ov edilməsi, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun, habelə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinin tələblərinə əməl olunmamasının, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə Nazirliyin Baş İctimai Təlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində bir neçə reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, keçirilən reydlər nəticəsində qanunsuz ov edən şəxslərdən ümumilikdə 10 ədəd ov tüfəngi, 52 ədəd ov quşu, o cümlədən "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na salınmış 20 ədəd nadir bəzgək quşu, 116 ədəd nərə cinsli balıq götürülüb.

Brokonyerlər barəsində 8650 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.

Tədbirlər zamanı mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinin pozulması faktları üzrə protokollar tərtib edilib, müvafiq qaydada tədbir görülməsi məqsədilə qanun pozucuları aidiyyatı üzrə ərazi polis orqanlarına təhvil verilib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən onlara xəbərdarlıq edilmiş və ya cərimə olunublar.

Qanunsuz ovun qarşısının alınması istiqamətində birgə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti