...

Penitensiar Xidmət qəbul məntəqələrinə 6 tondan çox kağız tullantısı təqdim edib (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2014 17:54 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin şəxsi heyəti "Hər kağızı bir yarpağa dəyişək" layihəsində fəal iştirak edib.
Penitensiar Xidmət qəbul məntəqələrinə 6 tondan çox kağız tullantısı təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin şəxsi heyəti "Hər kağızı bir yarpağa dəyişək" layihəsində fəal iştirak edib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Ədliyyə Nazirliyinin struktur qurumları ilə birgə Penitensiar Xidmətin şəxsi heyəti də IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "Təmiz Şəhər" ASC-nin həyata keçirdikləri "Hər kağızı bir yarpağa dəyişək" layihəsində fəal iştirak ediblər.

Layihə çərçivəsində həyata keçirilən tədbirdə Penitensiar Xidmətin Baş idarəsi və bütün tabe qurumların əməkdaşları xüsusi fəallıq və mütəşəkkillik nümayiş etdiriblər. Belə ki, fevralın 13-də 6170 kq çəkidə toplanılan istifadə olunmuş kağız tullantıları qablaşdırılaraq Bakı şəhərindəki "ASAN xidmət" mərkəzlərində yaradılmış məntəqələrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti