...

Azərbaycanlı gənc nüfuzlu beynəlxalq təşkilatın vitse-prezidenti seçilib

Cəmiyyət Materials 20 Fevral 2014 17:23 (UTC +04:00)
Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri ICAPP Gənclər Qolunun birinci vitse-prezidenti seçilib.
Azərbaycanlı gənc nüfuzlu beynəlxalq təşkilatın vitse-prezidenti seçilib

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/

Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri ICAPP Gənclər Qolunun birinci vitse-prezidenti seçilib.

Dünya Azərbaycanlı Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Birliyin sədri, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Gənclər Qolunun Malayziyada keçirilən İdarə heyətinin iclasında iştirak edib və səsvermə nəticəsində qurumun birinci vitse-prezidenti seçilib.

Malayziyaya səfər çərçivəsində R.Məmmədov, həmçinin bu ölkənin hökumətinin naziri, ICAPP Gənclər Qolunun sədri Dato Şeridan Kassim ilə görüşüb. Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri, bu istiqamətdə gənclərin rolu, Azərbaycanın regionda və dünyada artan nüfuzu və təsir imkanları və s. məsələlər haqqında geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, hazırda 52 ölkədən 340-dan artıq siyasi partiyanın cəmləşdiyi ICAPP 2000-ci ildə yaradılıb. Qitənin ən nüfuzlu təşkilatının yaradılmasında əsas məqsəd Asiya regionunun müxtəlif partiyaları və müstəqil qurumları arasında dialoq və əlaqələndirmə forumu funksiyasını yerinə yetirməkdir. Təşkilatın Daimi Komitəsinin 22 üzvündən biri olan YAP qurumun işlərində fəal iştirak edir.

ICAPP-ın Daimi Komitəsinin 18-ci iclası, təşkilatın 7-ci Baş Assambleyasının və qurumun Qadınlar Qolunun ilk iclası Bakı şəhərində təşkil olunub. Bundan başqa, YAP Gənclər Birliyi 2013-cü ilin avqust ayında ICAPP-ın Gənclər Qolunun II Forumuna ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti