...

Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2014 20:51 (UTC +04:00)
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin təşkilatçılığı İstanbulda "Qara Dəniz bölgəsində etimad mühitinin və mədəniyyətlərarası dialoqun gücləndirilməsi" adlı Beynəlxalq Gənclər Forumu çərçivəsində “Xocalıya ədalət” Beynəlxalq təbliğat-təşviqat kampaniyasının təqdimatı keçirilib.
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin təşkilatçılığı İstanbulda "Qara Dəniz bölgəsində etimad mühitinin və mədəniyyətlərarası dialoqun gücləndirilməsi" adlı Beynəlxalq Gənclər Forumu çərçivəsində "Xocalıya ədalət" Beynəlxalq təbliğat-təşviqat kampaniyasının təqdimatı keçirilib.

Kampaniyanın koordinatoru Sevinc İskəndərovanın verdiyi məlumata görə, Forum iştirakçıları Xocalı soyqırımı haqqında və "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlər haqqında məlumatlandırlıb.

Qeyd edilib ki, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" Beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bir sıra mühüm işlər görülüb. Görülmüş işlərin nəticəsində artıq dünyanın bir sıra ölkələrinin parlamentləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınıb.

Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, bu il 5 ili tamam olan kampaniyanın əsas məqsədlərindən biri olan Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə və beynəlxalq sənədlərdə insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasına nail olmaq üçün beynəlxaq səviyyədə aparılan işlər bəhrəsini verib.

Tədbirdə "Xocalıya ədalət"ə dəstək nümayiş etdirməyə çağırış edilib və Qara dəniz ölkələrindən olan iştirakçılar, o cümlədən bir sıra beynəlxalq gənclər təşkilatları kampaniyaya dəstək nümayiş etdiriblər. Eyni zamanda, kampaniya tərəfindən Xocalı həqiqətləri barədə əyani vəsaitlər öz ölkələrində nümayiş etdirilməsi üçün həmin təşkilatlara təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti