...

Azərbaycanın dövlət sərhədini pozan 39 nəfər saxlanılılıb

Cəmiyyət Materials 10 Mart 2014 10:39 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti tərəfindən bu ilin fevral ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 20 halda 39 nəfər saxlanılılıb.
Azərbaycanın dövlət sərhədini pozan 39 nəfər saxlanılılıb

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İ.İsabalayeva/

Dövlət Sərhəd Xidməti tərəfindən bu ilin fevral ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 20 halda 39 nəfər saxlanılılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onların 11 nəfəri Suriya, 7 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Nigeriya, 6 nəfəri Özbəkistan, 4 nəfəri İran, 2 nəfəri Moldova, 1 nəfəri Gürcüstan və 1 nəfəri Türkiyə vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən Xəzər dənizində 14 halda 17 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 183 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 37 kiloqram 299 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 599 min manatdan çox olan qaçaqmal, o cümlədən 3 ədəd pnevmatik tapança və pnevmatik tapança üçün 475 ədəd patron, 1 ədəd qaz tapançası və qaz tapançası üçün 2 ədəd qaz balonu, 1 ədəd gecəgörmə cihazı, 140 ədəd mobil telefon, 2593 qutu siqaret, 5478 ədəd pirotexniki vasitə, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və ərzaq malları saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti