Azərbaycan, Bakı, 10 mart / Trend, müxbir T.Cəfərov /
İranın Sistan və Bəluçistan vilayətinin inzibati mərkəzinin prokuroru Musa Nurinin öldürülməsində ittiham olunan şəxslərdən üçü barəsində edam hökmü çıxarılıb.
Bunu Sistan və Bəluçistan vilayətinin Baş prokuroru İbrahim Həmidi deyib. Trend xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat verir.
İ.Həmidi deyib ki, prokrorun ölümü ilə bağlı həbs olunan 13 nəfərdən 3 əsas iştirakçı barəsində edam hökmü verilib və digərləri haqda iş aparılır.
Xatırladaq ki, 2013-cü ilin noyabr ayında silahlı hücum nəticəsində İranın Sistan və Bəluçistan vilayətinin inzibati mərkəzinin prokuroru Musa Nuri öldürülmişdi. Musa Nuri avtomobili naməlum şəxslər tərəfindən saxlanıldıqdan sonra sürücüsü ilə birlikdə qətlə yetirilmişdi. Bu cinayət işi ilə bağlı 13 nəfər həbs olunub.