...

Ötən ay Azərbaycanda bir mina partlayışı hadisəsi qeydə alınıb

Cəmiyyət Materials 11 Mart 2014 15:11 (UTC +04:00)
Ötən ay ərzində Azərbaycanda 1 mina/PHS hadisəsi qeydə alınıb.
Ötən ay Azərbaycanda bir mina partlayışı hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/

Ötən ay ərzində Azərbaycanda 1 mina/PHS hadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

ANAMA-dan verilən məlumatda deyilir ki, 2014-cü ilin fevral ayı ərzində 1,912,897 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Ay ərzində 408 PHS, 11 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 250,409,799 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,052-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Gəncə, Qəbələ, Xocavənd, Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti