...

Martın 23-dən Azərbaycanda hava mülayimləşəcək, temperatur yenidən yüksəlməyə başlayacaq

Cəmiyyət Materials 19 Mart 2014 12:24 (UTC +04:00)
Martın 23-dən sonra ölkə ərazisində mülayim hava şəraiti hökm sürməyə, havanın temperaturu yüksəlməyə başlayacaq.
Martın 23-dən Azərbaycanda hava mülayimləşəcək, temperatur yenidən yüksəlməyə başlayacaq

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İsabalayeva/

Martın 23-dən sonra ölkə ərazisində mülayim hava şəraiti hökm sürməyə, havanın temperaturu yüksəlməyə başlayacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib.

U.Tağıyeva deyib ki, əvvəlcədən xəbər verildiyi kimi, Novruz bayramının ilk günlərində - martın 20, 21, 22-də ölkə ərazisində hava küləkli olacaq.

Martın 20-də günorta saatlarında ölkə ərazisində cənub küləyi güclənəcək. Martın 21-dən martın 22-si axşamadək güclü şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Martın 20-də ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Martın 21-də günün ikinci yarısından başlayaraq, havanın yağıntılı olacağı ehtimal edilir. Martın 21-dən martın 22-nə keçən gecə və martın 22-də səhər saatlarında bəzi ərazilərdə hava şəraitinin yağıntılı olacağı istisna edilmir.

Martın 23-dən başlayaraq, hava şəraiti sabitləşəcək. Ölkə ərazisində əsasən yağmursuz, mülayim hava şəraiti hökm sürəcək. Martın 23-dən sonra havanın temperaturu yüksəlməyə başlayacaq.

U.Tağıyeva deyib ki, martın 20-də Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 12-17 dərəcə isti olacağı gözlənilir. Martın 21-də günün birinci yarısında 11-16, günün ikinci yarısında - axşama doğru isə havanın temperaturu enməyə başlayacaq və 6-9 dərəcə isti olacaq.

Martın 22-də havanın temperaturu əvvəlki günlərlə müqayisədə enəcək. Bakıda gündüz saatlarında 6-10 dərəcə isti gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti