...

“British Airways” xüsusı qonağın iştirakı ilə “Dubayın Dadı” festivalına rəng qatıb (FOTO)

Cəmiyyət Materials 27 Mart 2014 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend /

"British Airways" xüsusı qonağın iştirakı ilə "Dubayın Dadı" festivalına rəng qatıb

"British Airways" aviaşirkətindən Trend-ə verilən məlumata görə, "British Airways" aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən nüfuzlu qida və içki festivalı olan - "Dubayın Dadı" adlanan festivalda mərkəzi pavilyonunu tutub. Keçmişdə "Pussycat Dolls" qrupunun aparıcı ifaçısı, hazırda isə solo karyerasında multi-platinum satışları olan müğənni - Nikol Şerzinger "British Airways"in xüsusi qonağı olaraq Dubaya aviaşirkətin təyyarəsinin eksklüziv "VİP Lounge"unda qoşulub. Müğənni "British Airways"in idarəedici heyəti və korporativ müştəriləri ilə görüşüb, habelə festivalın iştirakçıları ilə şəkil çəkdirib.

"Dubay mənim ən sevimli şəhərlərimdən biridir, çünki burada bir qızın ürəyindən keçə biləcək hər şey var. Mən "Dubayın dadı" festivalına "British Airways"in "VİP Lounge"da gələrkən dünya səviyyəli xidmətdən və Britaniya qonaqpərvərliyindən, həmçinin, buradakı inanılmaz kulinariya seçimlərindən zövq aldım. "British Airways"ə təşəkkür edirəm, hər şey əla idi!", - deyə Nikol Şerzinger bildirib.

"British Airways" aviaşirkəti "Dubayın dadı" festivalının "VIP Lounge" tərəfdaşıdır. Üç gün ərzində "Dubai Media City"də keçirilən festivalda aviaşirkətin əməkdaşları qonaqpərvərliyin şahidi olub.

"Biz "Dubayın Dadı" ilə bir neçə ildir davam edən tərəfdaşlıqımızdan zövq alırıq. Belə bir nüfuzlu və populyar tədbirdə iştirak bizə BƏƏ üzrə bütün tərəfdaşlarımız və elit müştərilərimiz ilə görüşmək imkanı yaradır. Regionda səyahətə olan marağın artması ilə "British Airways" regionda yeni imkanlara investisiyaları artırır", - deyə Yaxın Şərq və Orta Asiya üzrə ticarət meneceri Paolo de Renzis qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti