...

MPQ-nin internat evində apardığı yoxlamanın nəticəsi açıqlandı

Cəmiyyət Materials 17 Aprel 2014 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Milli Preventiv Qrupunun (MPQ) üzvləri 7 saylı internat evinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkilinin yanında yaradılmış İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri 15 aprel 2014-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonu Saray qəsəbəsində yerləşən Əlil və fiziki qüsurlu uşaqlar üçün 7 saylı internat evinə başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd bu müəssisədə olan uşaqlara qarşı rəftar və saxlanma şəraitinin araşdırılması olub.

Başçəkmədə MPQ üzvləri ilə yanaşı, Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansinin idarə heyətinin sədri Nazir Quliyev də ekspert qismində iştirak edib.

Araşdırma zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, şərait və saxlanılanlara qarşı rəftar qənaətbəxş qiymətləndirilib.

Adıçəkilən müəssisə 2010-cu ildə müasir standartlara uyğun şəkildə yenilənib, zəruri avadanlıqlarla təchiz edilib.

Başçəkmənin sonunda internat evinin rəhbərinə müvafiq tövsiyələr verilib.

Həmçinin bəzi təkliflərlə Ombudsman tərəfindən ƏƏSMN-nə müraciət ediləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti