...

Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2014 10:20 (UTC +04:00)
Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Muğanlı-Yevlax avtomobil yolu Bakı-Şamaxı avtomobil yolunun tərkib hissəsidir. Bu yolun ümumi uzunluğu Ağsu dolayları və rayona düşən yol sahəsi istisna olmaqla, 15,5 km-dir. Yolun torpaq yatağının eni 12,5 metr, hərəkət hissəsi isə 7,5 metrdir.

Yolboyu 6 körpü var ki, onların 5-i sökülərək yenidən tikiləcək, birinin isə əsaslı təmir edilməsi nəzərdə tutulub. Bundan əlavə, 260 ədəd müxtəlif diametrli suötürücü borunun 210-u artıq tikilib.

Yolun 6 hissəsində dairəvi yol kəsişmələrinin salınması nəzərdə tutulur. Onların ikisi artıq tikilib. Torpaq işləri 98 faiz yerinə yetirilib.

Ümumilikdə 2014-cü ildə bu layihənin yekunlaşması planlaşdırlır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti