...

ƏƏSMN-in "Qaynar xətt"inə əlillik məsələləri üzrə edilən müraciətlər 57,8 faiz azalıb

Cəmiyyət Materials 5 May 2014 10:08 (UTC +04:00)
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə nazirliyin 142 - "Qaynar Xətt"inə edilən müraciətlərin sayı azalmaqda davam edir.
ƏƏSMN-in "Qaynar xətt"inə əlillik məsələləri üzrə edilən müraciətlər 57,8 faiz azalıb

Azərbaycan, Bakı, 5 may /Trend/

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə nazirliyin 142 - "Qaynar Xətt"inə edilən müraciətlərin sayı azalmaqda davam edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin aprel ayında "Qaynar xətt"ə müraciətlərin ümumi sayı ötən ilin müvafiq dövrünə nisbətən 30 faiz azalaraq 505-ə enib.

Həmçinin ötən ay müraciətlərin sayı əlillik və reabilitasiya məsələləri üzrə 57,8 faiz azalaraq 47-yə, məşğullula bağlı 33 faiz azalaraq 20-yə, əmək hüquqlarının təminatı ilə əlaqədar 45 faiz azalaraq 15-ə düşüb.

Ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə isə 142 - "Qaynar xətt"ə 423 müraciət daxil olub ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 23,4 faiz azdır.

Əksər müraciətlər sorğu xarakterli olub və hər bir müraciət nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssislərinin iştirakı ilə cavablandırılıb. Ayrı-ayrı şikayət məzmunlu müraciətlər isə operativ və obyektiv şəkildə araşdırılaraq müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti