Azərbaycan, Bakı, 14 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Manisa vilayətində mədəndə baş vermiş partlayışda çoxlu sayda insanın həlak olması faktı üzrə cinayət işi açılıb. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "Sabah" qəzeti yayıb.
Bundan başqa, ölkədə bəzi mədənçilərin mədəndə qeyri-leqal çalışdıqları ilə bağlı araşdırmalara da başlanılıb.
Bir müddət əvvəl ölkənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyə parlamentinə Manisa vilayətinin Soma bölgəsindəki kömür mədənində mədənçilərin qeyri-leqal işlədikləri ilə bağlı müraciət etmişdi.
Parlament bu məsələyə baxmaqdan imtina etmişdi.
Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayışda 205 nəfər həlak olub.
FOTO: Anadolu