...

Ramil Usubov polis orqanlarında xidmət etmək istəyən gəncləri Bərdədə qəbul edəcək

Cəmiyyət Materials 23 May 2014 17:45
Ramil Usubov Bərdə və ətraf rayonların polis orqanlarında xidmət etmək istəyən gəncləri qəbul edəcək.
Ramil Usubov polis orqanlarında xidmət etmək istəyən gəncləri Bərdədə qəbul edəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

Ramil Usubov Bərdə və ətraf rayonların polis orqanlarında xidmət etmək istəyən gəncləri qəbul edəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin may ayının 31-də saat 10:00-da Bərdə rayon Polis Şöbəsində Naftalan şəhəri, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Coranboy və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

Eyni zamanda, qeyd olunan rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifəsində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idmançı cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli şəxslər də qəbulda iştirak edə bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşların işlə təmin olunmaları ilə əlaqədar müraciətlərinə baxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti