Azərbaycan, Bakı, 24 may /Trend/
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayon mərkəzində iki yeni bağçanın inşasına başlanılıb.
Trend-in Fondun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər biri 100 yerlik olan ikimərtəbəli bağçalarda bütün yaş qrupundan olan körpələrin qidalanması, təlim-tərbiyəsi, rahat dincəlməsi və əylənməsi üçün hər cür şərait yaradılacaq. Bağça binalarının cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda iki yeni uşaq bağçası tikilir
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayon mərkəzində iki yeni bağçanın inşasına başlanılıb.