...

Həbsdə olan jurnalist Rauf Mirqədirova atasının dəfnində iştirak etməyə icazə verilib

Cəmiyyət Materials 24 May 2014 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Həbsdə olan jurnalist Rauf Mirqədirova atasının dəfnində iştirak etməyə icazə verilib.

Jurnalistin vəkili Fuad Ağayev Trend-ə bildirib ki, cinayət işinin istintaqını aparan müstəntiq İbrahim Ləmbəranski ona zəng edərək R.Mirqədirovun atasının dəfnində iştirakına icazə verildiyini bildirib.

Dəfnin bu gün həyata keçiriləcəyi qeyd olunur.

Qeyd edək ki, jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov gecə saatlarında vəfat edib.

Xatırladaq ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti