...

Azərbaycanın bəzi ərazilərində yağış yağacaq, şimşək çaxacaq

Cəmiyyət Materials 28 May 2014 12:49
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-20, gündüz 24-29 dərəcə isti olacaq.
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq, şimşək çaxacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində dəyişkən buludlu olacaq, arabir tutulacaq. Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-20, gündüz 24-29 dərəcə isti olacaq.

Mayın 29-da Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti