...

Bakıda təmir işləri ilə əlaqədar daha bir yol bağlanır

Cəmiyyət Materials 10 İyun 2014 15:06 (UTC +04:00)
P.Mürsəliyev bildirib ki, küçə bağlanmasına səbəb asfalt-beton örtüyünün dəyişdirilməsidər. "Azəryolservis" ASC sürücülərdən xahiş edir ki, küçə açılanadək alternativ yollardan istifadə etsinlər.
Bakıda təmir işləri ilə əlaqədar daha bir yol bağlanır

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda təmir işləri ilə əlaqədar daha bir yol bağlanır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə deyib ki, iyunun 10-da saat 23:00-dan paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyədək yol avtomobillərin hərəkəti üçün bağlanacaq.

P.Mürsəliyev bildirib ki, küçə bağlanmasına səbəb asfalt-beton örtüyünün dəyişdirilməsidər. "Azəryolservis" ASC sürücülərdən xahiş edir ki, küçə açılanadək alternativ yollardan istifadə etsinlər.

Qeyd edək ki, yuxarıda qeyd olunan yol iyunun 6-dan 7-nə keçən gecə bağlanmalı idi, lakin TQDK tərəfindən XI sinif uşaqları üçün buraxılış imtahanları keçirildiyindən, yolun bağlanması təxirə salınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti