...

Əbülfəs Qarayev: Azərbaycanda turizm sənayesi son illərdə yeni mərhələyə qədəm qoyub

Cəmiyyət Materials 12 İyun 2014 12:14 (UTC +04:00)
"Azərbaycanda turizm sənayesi son illərdə yeni mərhələyə qədəm qoyub. Azərbaycanın turizm inkişafı tempini və onun formalaşdırılması proseslərini təhlil etsək, görərik ki, 2001-ci ildən etibarən bu prosesi 3 mərhələyə bölmək olar".
Əbülfəs Qarayev: Azərbaycanda turizm sənayesi son illərdə yeni mərhələyə qədəm qoyub

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir S.Əhmədova/

"Azərbaycanda turizm sənayesi son illərdə yeni mərhələyə qədəm qoyub. Azərbaycanın turizm inkişafı tempini və onun formalaşdırılması proseslərini təhlil etsək, görərik ki, 2001-ci ildən etibarən bu prosesi 3 mərhələyə bölmək olar". Trend-in məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi" tvinninq layihəsinin tamamlanmasına dair konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, çətin dövrlərdən keçmiş, işğala məruz qalmış Azərbaycanın həmin illərdə əsas məqsədi o idi ki, ölkəmizi tanıtmalı, dünya xəritəsində Azərbaycanın turizm anlayışının mövcud olmasını bəyan etməli idik. Nazir qeyd edib ki, o dövrdə qanun işlənildi, bəzi dəyişikliklər olundu, Dövlət Proqramı qəbul edildi.

Ə.Qarayev deyib ki, həmin proses baxımından artıq xəritədə Azərbaycanın mövcudluğunu sübut etməyə nail olduq: "Azərbaycan Ümümdünya Turizm Təşkilatına üzv oldu. 2006-cı il, yəni ikinci mərhələdən başlayaraq Azərbaycana turistlərin gəlişi artmağa başladı, Azərbaycan dünyada müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən, eyni zamanda beynəlxalq qurumlarda öz sözünü deyən ölkə kimi tanındı. Azərbaycana diqqət dəfələrlə artdı".

Ə.Qarayev regionlarda da turizmin inkişafına diqqət çəkərək bildirib ki, artıq regionlarda da beş ulduzlu hotellər inşa edilib. Nazir qeyd edib ki, üçüncü mərhələ bu tvinninq layihəsinin başlanması ilə eyni vaxta təsadüf edib: "Biz artıq Azərbaycan turizmini inkişaf etmiş ölkələrin səviyyəsində görməyi arzulayırdıq. Üçüncü mərhələnin əsas meyarlarından biri odur ki, biz beynəlxalq təcrübəni daha ciddi tətbiq etmək istəyirik. ən qabaqcıl dünya təcrübəsini öyrənərək onu ölkəmizin daxilində tətbiq etmək istəyirik. Ona görə də bu tvininnq layihəsi bizim üçün çox əlverişli və vacibdir".

Nazirin sözlərinə görə, bu layihənin müsbət tərəfləri çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti