...

Sabahdan Azərbaycanda yağıntılar kəsiləcək, temperatur yenidən yüksələcək

Cəmiyyət Materials 13 İyun 2014 12:22 (UTC +04:00)
Azərbaycan ərazisində bır necə gün davam edən qeyri-sabit hava şəraiti sabahdan mülayimləşəcək.
Sabahdan Azərbaycanda yağıntılar kəsiləcək, temperatur yenidən yüksələcək

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində bir neçə gün davam edən qeyri-sabit hava şəraiti sabahdan mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, iyunun 14-də artıq günorta saatlarından ölkə ərazisində yağıntılar kəsiləcək.

Bakıda və Abşeron yarımadasında bu gün əsən güclü şimal-qərb küləyi sabah səhər saatlarından başlayaraq cənub-qərb küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar havanın temperaturu bu günlə müqayisədə 3-4 dərəcə yüksələcək.

Bu gün Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 22-26 dərəcə istidirsə, sabah temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir. Gündüz saatlarında cənub küləyinin sürəti arabir yüksələcək.

Aran rayonlarında maksimal temperatur gündüz saatlarında 33 dərəcəyə qədər, dağlıq ərazilərdə 19-22 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti