...

Elmin İnkişafı Fondu 5-ci "Mobillik qrantı" müsabiqəsini elan edib

Cəmiyyət Materials 13 İyun 2014 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən növbəti 5-ci "Mobillik qrantı" müsabiqəsi elan edilib.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə elan edilib.

Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 100 min manat təşkil edəcək. Kiçik maliyyə həcmli (10 min manatadək) qrantların verilməsi yolu ilə 2014-cü il 1 oktyabr - 31 dekabr tarixlərində Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə, xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməsi təmin ediləcək.

Müsabiqədə iştirak etmək üçün ərizələr 2014-cü il 17 iyun tarixindən 31 iyuladək qəbul olunacaq. 5-ci "Mobillik qrantı" müsabiqəsinin nəticələrinin 2014-cü ilin sentyabr ayında açıqlanması planlaşdırılır.

Müsabiqə ilə bağlı ətraflı məlumat www.sdf.gov.az linkindən əldə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti