...

Dövlət Sosial Müdafiə Fondunun sədri Mingəçevirdə vətəndaşlar üçün qəbul keçirib

Cəmiyyət Materials 18 İyun 2014 13:25 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev iyunun 18-də vətəndaşlarla növbəti görüşünü Mingəçevir şəhərində keçirib. DSMF-nin Mingəçevir şəhər şöbəsinin inzibati binasında təşkil olunmuş qəbulda Fondun sədri Mingəçevir şəhərindən və Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarından olan sakinlərin müraciət və təkliflərini dinləyib.
Dövlət Sosial Müdafiə Fondunun sədri Mingəçevirdə vətəndaşlar üçün qəbul keçirib

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev iyunun 18-də vətəndaşlarla növbəti görüşünü Mingəçevir şəhərində keçirib. DSMF-nin Mingəçevir şəhər şöbəsinin inzibati binasında təşkil olunmuş qəbulda Fondun sədri Mingəçevir şəhərindən və Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarından olan sakinlərin müraciət və təkliflərini dinləyib.

Fonddan Trend-ə verilən məlumata görə, vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 35-dək vətəndaşın müraciətinə baxılıb. "Açıq qapı" şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib.

E.Mehdiyevin vətəndaşlarla görüşü zamanı sosial sığorta və pensiya təminatı, o cümlədən pensiyaların məbləğinin yenidən hesablanması, sosial sığorta stajının müəyyənləşdirilməsi, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərə dair təklif və şikayətlər dinlənilib. Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülüb, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyatı orqanlara müraciət edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti