...

YAP Nizami rayon təşkilatında Silahlı Qüvvələr Günü münasibətilə sərgi-tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 20 İyun 2014 11:26 (UTC +04:00)
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Döyüşə hər zaman hazırıq!” mövzusunda sərgi-tədbir keçirilib.
YAP Nizami rayon təşkilatında Silahlı Qüvvələr Günü münasibətilə sərgi-tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə "Döyüşə hər zaman hazırıq!" mövzusunda sərgi-tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə rayon məktəblilərinin Azərbaycan ordusu ilə bağlı çəkdikləri şəkillərlə tanış olublar. Eyni zamanda, sərgidə nümayiş olunan təlim silahları da qonaqların diqqətinə çatdırılıb.

Sonra sərgi-tədbirin açılışını edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov deyib ki, tədbirin iyun ayının 19-da keçirilməsinin rəmzi mənası vardır. O bildirib ki, məhz 1918-ci ilin iyun ayının 19-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən erməni daşnaklarının və bolşeviklərin hücumlarının qarşısını almaq üçün ölkədə hərbi vəziyyət elan edilib və bir həftə sonra ordunun formalaşdırılması prosesi başlanıb.

Çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından söz açıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində silahlı qüvvələr modernləşdirilib və bölgənin ən güclü ordusuna çevrilib. Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək qüdrətinə malikdir.

Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mail Əliyev çıxış edərək ölkədə özbaşınalığın, xaosun yaşandığı bir vaxtda - 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışıblar.

Tədbirə yekun vuran YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir: "Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Ulu Öndərin bu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu qısa bir zamanda regionun ən qüdrətli ordusuna çevrilib".

Sərgi-tədbirin sonunda gənc rəssamlara diplomlar və xatirə hədiyyələri təqdim edilib. Xatirə şəkilləri çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti