...

"ASAN xidmət"də çalışmaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 24 İyun 2014 09:55 (UTC +04:00)
"ASAN xidmət" yeni açılacaq Bərdə və Sabirabad mərkəzlərinə işçi qəbulu elan edir.
"ASAN xidmət"də çalışmaq istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 24 iyun /Trend/

"ASAN xidmət" yeni açılacaq Bərdə və Sabirabad mərkəzlərinə işçi qəbulu elan edir.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 13 iyun 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.azsaytında dövlət qulluğunda çalışmaq istəyən şəxlər üçün müsabiqə elan edilib.

Müsabiqədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri üzrə də vakant yerlər elan olunub.

Vakant yerlər cari il ərzində açılması nəzərdə tutulan Bərdə və Sabirabad "ASAN xidmət" mərkəzləri üzrə 10 vəzifə və 10 yer olmaqla nəzərdə tutulur.

Müvafiq vakansiyalarla bağlı daha dolğun məlumatları aşağıdakı link vasitəsi ilə əldə etmək olar:
http://csc.gov.az/aze/elan/010414/HtmlOut/content5.html

Qeyd edək ki, müsabiqəyə sənəd qəbulu iyulun 14-dək davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti