...

Sürücülərin nəzərinə: Bakıda Heydər Əliyev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 24 İyun 2014 11:03 (UTC +04:00)
Bu gün saat 11:00-dan etibarən, Heydər Əliyev prospektinin Hava limanı yol qovşağından Böyükşor yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Sürücülərin nəzərinə: Bakıda Heydər Əliyev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Bu gün saat 11:00-dan etibarən Heydər Əliyev prospektinin Beynəlxalq Hava Limanı yol qovşağından Böyükşor yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, "Azəryolservis" ASC-dən Mərkəzə verilən məlumata əsasən, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır.

Məlumatda bildirilir ki, nəqliyyat vasitələrinin hərəkəti Hava Limanı yol qovşağından Suraxanı yol qovşağına qədər və Sabunçu yol qovşağından Böyükşor yol qovşağına qədər qismən, Suraxanı yol qovşağından Sabunçu yol qovşağına qədər tam məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti