...

Azərbaycan Ordusunun əsgərləri təlim zamanı xəsarət alıblar

Cəmiyyət Materials 9 İyul 2014 09:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/

Qumbara ilə ehtiyatsız davranma Azərbaycan Ordusunun üç əsgərinin xəsarət alması ilə nəticələnib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 8-də keçirilən təlimlər zamanı qumbara ilə ehtiyatsız davranma nəticəsində əsgərlər Həşimli Bəhram Məhərrəm oğlu, Məmmədov Orxan Allahverdi oğlu və Ağalarzadə Rəhimağa Əsgər oğlu yüngül xəsarət alıb.

İlkin tibbi yardım göstərilən hərbi qulluqçular Gəncə qarnizon hospitalına yerləşdiriliblər. Vəziyyətləri kafidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti