...

Azərbaycanda xroniki böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb

Cəmiyyət Materials 10 İyul 2014 10:46 (UTC +04:00)
Azərbaycanda xroniki böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb.
Azərbaycanda xroniki böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda xroniki böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb.

Trend Səhiyyə Nazirliyinin rəsmi mətbu orqanı olan "Tibb" qəzetinə istinadən bildirir ki, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında cıxışı zamanı deyib.

Onun sözlərinə görə, vaxtilə belə xəstələr ölümə düçar idilər, indi isə Bakı şəhərində və regionlarda yaradılmış 30-dan artıq xüsusi dializ mərkəzində dövlət hesabına müalicə olunurlar. Artıq ölkəmizdə böyrək transplantasiyası əməliyyatlarının aparılması qeyri-adi hadisə kimi qarşılanmır: "Bir neçə klinikada böyrək, qaraciyər köçürmələri həyata keçirilir. Demək olar ki, xroniki böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb".

Nazir qeyd edib ki, bu gün ölkəmizdə yüksək səviyyədə endoskopik cərrahi əməliyyatlar aparılır: "Milli Onkologiya Mərkəzinə xarici ölkələrdən, beynəlxalq qurumlardan gələn nümayəndələr bu səhiyyə müəssisəsi ilə tanış olduqdan, buradakı unikal aparatları gördükdən sonra təkif edirlər ki, qarşılıqlı müqavilələr imzalansın, birgə iş, elmi axtarışlar aparılsın. Əlbəttə ki, bütün bunlar bizi çox fərəhləndirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti