...

Hesablama Palatası qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri ilə bağlı büdcə vəsaitinin istifadəsini təhlil edəcək

Cəmiyyət Materials 18 İyul 2014 12:36 (UTC +04:00)
Hesablama Palatası qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri və müavinətlərlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi mövzusunda analitik təhlil aparacaq.
Hesablama Palatası qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri ilə bağlı büdcə vəsaitinin istifadəsini təhlil edəcək

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Hesablama Palatası qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri və müavinətlərlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi mövzusunda analitik təhlil aparacaq.

Trend Palatanın saytına istinadən xəbər verir ki, Hesablama Palatasının 2014-cü il iyul ayının 16-da keçirilən Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Balakən rayon İcra Hakimiyyətinə və dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Nəsimi rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları, həmçinin "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2011-2013-cü illərdə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri və müavinətlərlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi" mövzusunda analitik təhlil üzrə proqram müzakirə edilərək təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti